https://news.day.az/azerinews/836581.html Miranda boşanmağından danışdı: “Ağır depressiyaya düşdüm”

Miranda boşanmağından danışdı: “Ağır depressiyaya düşdüm”

Azərbaycanca, 2 ноября 2016 07:34 (UTC +04:00) 1 087
Miranda boşanmağından danışdı: “Ağır depressiyaya düşdüm”

Day.Az представляет новость на азербайджанском языке

Model Miranda Kerr "Elle" jurnalına müsahibə verib. 

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, başı yeni sevgi macərasına qarışan 33 yaşlı model boşandıqdan sonra yaşadığı çətinliklərdən danışıb:
 
"Əslində mən ağır depressiyaya düşdüm. Heç vaxt bu vəziyyətin dərinliyini anlamırdım, çünki hər zaman özümü xoşbəxt hiss etmişəm. Hər fikir sizə təsir edir və siz öz doğrularınızla hərəkət etməlisiniz. Zamanla öhdəsindən gəldim. Oğlumla vaxt keçirmək çox xoşuma gəlir. Yelləncəkdə onunla birgə yellənməyi belə sevirəm". 

Qeyd edək ki, model aktyor Orlanda Blumla evli olub. O, hazırda 26 yaşlı milyarder Evan Şpigellə eşq yaşayır. Cütlüyün gələn il ailə həyatı qurması gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости