İranda qatarların toqquşması nəticəsində ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
---------
20:47
İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.
Hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.
---------
17:22
İranın Semnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.
APA-nın məlumatına görə, hadisə bu gün yerli vaxtla 7:40 radələrində baş verib.
Semnan-Məşhəd və Təbriz-Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib.
Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıblar.
İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi deyib ki, hadisə zamanı 15 nəfər həlak olub, 62 nəfər yaralanıb. O bildirib ki, toqquşma baş verdikdən sonra vaqonlarda yanğın başlayıb: "Yanğın tam söndürülməyənədək ölən və xəsarət alanlarla bağlı dəqiq rəqəm söyləmək çətindir".
İranın Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Pirhüseyn Kulivənd isə qatarların toqquşması nəticəsində 8 nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını deyib.
XXX
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Day.Az-ın APA-ya istinadən məlumatına görə , bu barədə İranın Semnan əyalətinin rəhbəri bildirib.
Toqquşma nəticəsində 7 vaqon yanıb, meyitlər də yandığından ölənlərin kimliyini müəyyənləşdirmək çətinləşib.
Bəzi xəbər qaynaqları isə ölənlərin sayının artıq 40 nəfərə çatdığını yazıb.
Qəzada xəsarət alanların sayının isə 98 nəfər olduğu bildirilir.
İranın yol və şəhərsalma naziri Abbas Axundi Türkmənistana bu gün nəzərdə tutulan səfərini hadisə səbəbindən təxirə salıb və qəza yerinə yollanıb.
XXX
İranda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Day.Az xəbər verir ki, bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
---------
13:28
İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Report" "Press TV"-yə istinadən xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.
İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.
Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре