Bakıda türk diplomatın 15 yaşlı qızından dəhşətli İNTİHAR

Day.Az представляет новость на азербайджанском языке

---------
14:43

Azərbaycanda intihar edən türk diplomatın qızının hansı liseyin şagirdi olduğu məlum olub.

APA-nın apardığı araşdırmalar nəticəsində 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Liseyinin tələbəsi olduğu müəyyənləşib.

Litseyin direktoru Rəcəb Batur APA-ya açıqlamasında Şəvval Günlerin liseydə cəza aldığını təsdiqləyib: "Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?"

Direktor həmçinin qeyd edib ki, Şəvval Günler yaxşı oxuyan şagird olmayıb: "Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu".

Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları liseyin müəllimlərinin ifadəsini alır.

---------
12:37

Bakıda intihar olub.

Day.Az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
 
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
 
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı liseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.
 
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
 
Faktla bağlı cinayət işi başlanıb.

XXX

Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.
 
APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Bakıda türk diplomatın 15 yaşlı qızı intihar etdi