https://news.day.az/azerinews/858143.html Bakıda müştəri gözləyən taksi sürücüsünü avtomobil vurub öldürdü

Bakıda müştəri gözləyən taksi sürücüsünü avtomobil vurub öldürdü

Azərbaycanca, 12 января 2017 10:10 (UTC +04:00) 1 188
Bakıda müştəri gözləyən taksi sürücüsünü avtomobil vurub öldürdü

Day.Az представляет новость на азербайджанском языке

Bakıda avtomobil taksi sürücüsünü vuraraq öldürüb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Teymur Əliyev küçəsində "Mercedes" markalı avtomobil yol kənarında dayanan Cəsarət İsayevi vurub.

Zərbə nəticəsində yıxılan C.İsayevin baş nahiyəsi asfalta çırpılıb və ölüb.
Qeyd edək ki, C.İsayev taksi fəaliyyəti ilə məşğul olub. Hadisə zamanı o yol kənarında dayanıb müştəri gözləyirmiş.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən sürücü saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости