Misirdə “Xocalı soyqırımı və itirilmiş ədalət” kitabı işıq üzü görüb - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Misirdə ərəb dilində "Xocalı soyqırımı və itirilmiş ədalət" kitabı işıq üzü görüb.
Day.Az itv.az-a istinadən bildirir ki, Misirdəki Azərbaycan səfirliyinin konsulu, fəlsəfə doktoru Emil Rəhimovun müəllifi olduğu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərindən, İrəvan xanlığının tarixi həqiqətlərindən, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatlardan söhbət açılır.
Misirin nüfuzlu "Əl Əxbar" telekanalı əsərin müəllifi Emil Rəhimovu studiyaya dəvət edərək, Azərbaycan həqiqətlərinə, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsinə geniş yer ayırıb.
25 dəqiqəyə yaxın davam edən canlı yayım zamanı Azərbaycan-Misir əlaqələri və münasibətlərin perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре