https://news.day.az/azerinews/892232.html Təyyarənin mühərriki tüstülədi - Sərnişinlər təxliyə edildi - Münhendə

Təyyarənin mühərriki tüstülədi - Sərnişinlər təxliyə edildi - Münhendə

Azərbaycanca, 1 мая 2017 18:44 (UTC +04:00) 1 338
Təyyarənin mühərriki tüstülədi - Sərnişinlər təxliyə edildi

Day.Az представляет новость на азербайджанском языке

Almaniyanın Münhen şəhərinin hava limanında "Lufthansa" aviaşirkətinə məxsus təyyarənin onlarla sərnişini təxliyə edilib.

Day.Az Trend-ə istinadən bildirir ki, buna təyyarənin mühərrikinin tüstülənməsi səbəb olub.

Aviaşirkət məlumatı təsdiqləyib. Məlumatda qeyd olunur ki, Münhendən Paderborn şəhərinə reys həyata keçirməli olan təyyarədə tüstülənmə uçuşdan bir qədər əvvəl başlayıb. Sərnişinlər dərhal təyyarədən endirilib.

 

Təyyarədəki nasazlığın səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости