7 bal gücündə zəlzələ oldu

Day.Az представляет новость на азербайджанском языке

Tacikistanla Qırğızıstan sərhədində mayın 6-ı səhər bş verən zəlzələ 7 bal gücündə qiymətləndirilib. Bişkekdə 3 bal gücündə təkanlar hiss olunub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya institutu xəbər verib.

Yeraltı təkanların episentri Düşənbədən 257 km aralıqda Qırğızıstanla sərhəddə Tacikistan ərazisində baş verib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.