"Qalatasaray"dan Arda Turan bombası - Geri dönür
Day.Az представляет новость на азербайджанском языке
"Qalatasaray" Arda Turanı heyətinə qataraq transfer bombasını partlatmaq istəyir. Day.Az Fanat.Az-a istinadən xəbər verir ki, İstanbul klubu yetirməsi olan futbolçunu "Barselona"dan icarəyə götürmək niyyətindədi.
Kataloniya klubuna yaxınlığı ilə tanınan "El Mundo Deportivo" qəzeti iddia edir ki, "Barselona" mövsümün sonunda Arda Turanla yollarını ayıracaq. Klub türk ulduzu 25 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. "Qalatasaray"ın isə bu məbləği ödəyəcək gücü yoxdu. Bu səbəbdən İstanbul klubu Ardanı icarəyə götürmək istəyir.
İddialara görə, "Qalatasaray" rəsmiləri artıq futbolçu ilə görüşərək razılıq əldə edib. İndi qalıb "Barselona"nı bu təklifə razı salmaq.
Arda Turan hər zaman "Qalatasaray"lı olaraq qalacağını dəfələrlə açıqlayıb. İndi isə o, "Qalatasaray" mənim sevgimdi" dediyi kluba dönmək niyyətindədi. Hətta o, bir neçə gün əvvəl Qalatasaray litseyində qatıldığı bir tədbirdə "Həqiqətən "Qalatasaray"a faydalı olacağımı düşünürəm" deməklə dönüş siqnalı vermişdi.
Qeyd edək ki, "Qalatasaray" Arda Turanı 2011-ci ildə "Atletiko"ya 13 milyon avroya satıb. 4 il sonra "Barselona"nın 34 milyon avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 28 milyon qiymət qoyub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре