Tehran Seysmoloji Xidməti: "Saatlıdakı zəlzələ İranda da hiss olunub"

Day.Az представляет новость на азербайджанском языке

Saatlıda baş verən zəlzələ İran ərazisində də hiss olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Tehran Seysmoloji Xidməti təsdiqləyib.

Tehran Seysmoloji Xidmətindən verilən məlumata görə, episentri Saatlıda qeydə alınan yeraltı təkanlar əsasən Ərdəbil və Mişkinşəhrdə hiss olunub.

Xəsarət alanlar olması barədə məlumat verilməyib. Həmin şəhərlərdə dağıntıların olub-olmamasının araşdırlması üçün əraziyə xüsusi operativ qruplar göndərilib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24:19-da Saatlıda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.