Arda Turanı istəyən 3 böyük klub
Day.Az представляет новость на азербайджанском языке
"Barselona"dan gedişinin rəsmiləşməsi gözlənilən Arda Turanın xidmətində maraqlı olan klubların adları açıqlanıb. Fanat.Az xəbər verir ki, türk futbolçunu hazırda 3 klubun heyətinə qatmaq istədiyi deyilir.
Bunlardan biri Fransa çempionu "Monako"du. Bu yay bəzi aparıcı futbolçularını satan knyazlıq klubu heyətini Arda Turanla gücləndirmək istəyir.
Türk futbolçu artıq uzun müddətdi ki, "Arsenal"ın maraq dairəsindədi. Hətta London klubunun onu "Barselona"ya keçməzdən əvvəl də istədiyi deyilir. Dünən yayılan məlumatlarda isə bildirilirdi ki, "Barselona" Arda Turandan Məsut Özilin transferində istifadə etmək isəyir.
Onun xidmətində olan üçüncü klub isə "Qalatasaray"dı. İstanbul klubu bir müddətdi Arda Turanı icarəyə götürmək istəyir. Prezident Dursun Özbek nəyin bahasına olursa-olsun klubun yetirməsini İstanbula gətirmək niyytindədi. Son məlumatlara görə, bu gün axşama qədər Arda Turanın başqa kluba keçidi baş tutmasa, "Qalatasaray"a icarəyə veriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре