Xocalı soyqırımı qurbanlarının anım günü münasibətilə İlandağa yürüş təşkil olunub

Day.Az представляет новость на азербайджанском языке

Xocalı faciəsinin qurbanlarının anım günü münasibətilə muxtar respublikanın Culfa rayonunun ərazisindəki hündürlüyü 2 min 415 metr olan İlandağa yürüş təşkil edilib. Yürüş Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yürüşə muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının "İlandağ" idman klubunun 11 idmançısı ilə birlikdə Türkiyənin müxtəlif bölgələrindən gələn 26 idmançı da qatılıb.

İştirakçılar Culfa rayonunun Gal kəndi ərazisindən yürüşə başlayıblar.

Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədovun qrup rəhbərliyi ilə dağın zirvəsinə çatan yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib, posterlər açıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.