150 il içi boş olan tabutdan mumiya çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Avstraliyanın Sidney universitetinin bir qrup alimi 150 il əvvəl himayələrinə keçən və bu günə qədər də içi boş zənn edilən tabutun əslində dolu olduğunu kəşf ediblər.

"Ölkə.Az" xəbər verir ki, tabut Misirdən gətirilib və 2500 il əvvələ aiddir. Təsadüfən tabutun qapağını açan alimlər içində mumiya tapıblar.

Mumiya üzərində araşdırmalara başlayan alimlər o dövrə aid məlumatlar əldə etməyə çalışırlar.

Tabutun üzərindəki heroqliflər mumiyanın şəxsiyyəti haqqında müəyyən məlumatlar verib. Məlum olub ki, mumiyalanan şəxs Mer-Neith-it-es adlı Sekmet məbədində işləyən bir qadındır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.