"Bu cür dəvətlər toy ab-havasına yaxşı təsir bağışlamır..." - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Son zamanlar toylarda yeni trend formalaşıb - dəvətnamədən sonra zənglər edilir.
Day.Az bildirir ki, milli adətlərimizin arasında ən maraqlı ənənələrdən biri olan toy mərasimləri də zamanla öz mahiyyətini dəyişir. Toy sahibləri dəvətnamə verdikdən sonra qonaqlara zəng edərək harada və kiminlə oturmaq istədiklərini soruşur. Bu sual isə avtomatik olaraq toya getməmək fikrinin üstündən xətt çəkir.
Maraqlısı burasındadır ki, insanların özləri yeni yaranan bu adətdən heç də xoşları gəlmir. Amma toylarda belə hallar tez-tez rastlanır.
Sosioloqlar isə belə halların yaranmasının səbəbinin toylara biznes kimi yanaşılmasında görürlər.
Sosioloqların fikrincə, bu cür dəvətlər insanın müsbətə kökləndiyi toy ab-havasına heç də yaxşı təsir bağışlamır. /xezerxeber.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре