Beynəlxalq müşahidəçi: "Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir"

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda seçki proseduru çox yaxşı vəziyyətdədir. Hər kəs seçki məntəqəsində istədiyi plakatı tapır. Hətta seçici siyahısını tapmaq da çox asandır. Seçicinin səsverməsi üçün heç bir çətinlik yoxdur. Bütün bunlar ümumi hazırlıq mərhələsinin yüksək səviyyədə olduğunu göstərir. Seçicilər heç bir problemlə qarşılaşmadan səsvermədə iştirak edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində ATƏT-in ABŞ-dan olan müşahidəçisi Barbara Hillas söyləyib.
Azərbaycana ilk dəfə gəldiyini deyən Barbara Hillas ATƏT-in müşahidə missiyasının tərkibində olmasından şərəf duyduğunu bildirib. Bu gözəl ölkəyə gələcəkdə də məmnuniyyətlə gəlmək arzusunda olduğunu qeyd edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре