Azərbaycan və Çexiya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın tərkibi dəyişib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamının 1-ci hissəsində "Rüfət Məmmədov" sözləri "Rövşən Nəcəf" sözləri ilə, "Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri "Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri" sözləri ilə əvəz edilir və həmin hissədən "Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası maliyyə nazirinin müavini" sözləri çıxarılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.