Azərbaycanda Facebook populyarlığını itirir

Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-avqust aylarında 6,9 faiz aşağı düşüb.
Bu barədə Trend "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.
Facebook-un Azərbaycan bazarında avqustun sonuna olan payı 82 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5 faiz azdır.
2015-ci ilin ilk 8 ayının yekununa görə, Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə olan Twitter auditoriyasında 67,1 faiz artım qeydə alınıb. Twitter sosial şəbəkəsinin 2015-ci il avqustun 31-nə ölkə bazarında payı 9,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4 dəfə çoxdur.
2,35 faizlik payla üçüncü yerdə "Pinterest" qərarlaşıb. Daha sonra "Tumblr" (1,98 faiz), "Vkontakte" (1,25 daiz), "Google+" (1,24 faiz), "StumbleUpon" (0,34 faiz) və başqaları gəlir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре