“Daş yuxular” romanı və ermənipərəst Əkrəm Əylisli

Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycanın ziyalı baxımından bir çox hallarda bəxti gətirməyib desək yanılmarıq. Cəmiyyətin üst təbəqəsi kimi qibtə etdiyimiz, yazdığı şer və romanlarını sevə-sevə oxuduğumuz bəzi ziyalılarımız tarixin müxtəlif dövrlərində atdığı yalnış addımlarla onlara olan xalq sevgisini yerə vurub, indiyə qədər qazandıqları nüfuzu, hörməti itiriblər. İstər keçmiş Sovet hakimiyyəti dövründə, istərsə də Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu kimi neqativ hallarla tez-tez rastlaşmışıq. Ancaq SSRİ dövründə yazıçı və şairlərimizin nümayiş etdirdiyi mövqe ilə indiki məqamda ortaya qoymuş olduqları mövqe tamamilə fərqlidir. Eyni zamanda həmin mövqelərə yanaşma tərzində də bu fərqlilik özünü göstərir. Bu isə müəyyən mənada birincilərə öz əməllərində haqq qazandırır. Belə ki, əgər Sovet hakimiyyəti dövründə bəzi qələm əhlinin yazılarında yuxarılara xoş getmək üçün həddən artıq yaltaqlıq, Moskvanı tərif özünü büruzə verirdisə, müstəqillik əldə etdikdən sonra bəzi yazıçılarımızın əsərlərində, və ya onların hərəkətlərində antidövlətçilik, antimillətçilik əhval-ruhiyyəsi müşahidə edilməyə başladı. Xüsusilə, son illərdə bu cür mənfi tendensiya özünü daha qabarıq şəkildə göstərir. Özü də bu mövqelərdə həmin ziyalılar tərəfindən Azərbaycan dövləti və xalqına qarşı bir düşmənçilik münasibəti açıq şəkildə ortalığa qoyulur. AntiAzərbaycan mövqeyi, dövlətçiliyə qarşı olan münasibəti Eldəniz Quluyev, Rüstəm İbrahimbəyov, nəhayət Əkrəm Əylisli kimi ziyalı adını daşıyan, lakin bu ada layiq olmayan insanların timsalında görmək mümkündür.
AntiAzərbaycan qüvvələri ətrafında birləşən "ziyalılar"
Azərbaycan Ziyalılar Birliyi adlı qurumda təmsil olunan, lakin ziyalı kimi cəmiyyətə örnək ola biləcək bir dənə belə müsbət addım atmayan Eldəniz Quliyev bir müddət əvvəl Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi adlanan absurd qurum təsis etməklə antiAzərbaycan mövqeyini öz əməli ilə bir daha təsdiqləmiş oldu. Adı belə gülməli səslənən bu birliyi təsis etməkdə Eldəniz Quliyevin əslində başlıca məqsədi talışlara hansısa formada dəstək vermək deyil, Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq idi. Ssenarisi Rusiya və İranda hazırlanmış bu planın Azərbaycandakı icraedici qüvvəsi məhz Eldəniz Quliyev olacaqdı. Lakin Eldəniz Quliyevin timsalında formalaşmış antiAzərbaycan qüvvələrinin niyyəti baş tutmadı.
Növbəti mərhələdə isə kinorejissor Rüstəm İbrahimbəyov dövlətçilik əleyhinə olan mövqeyi ilə diqqət mərkəzinə gəldi. Son dövrlər fəaliyyət göstərdiyi sahədə heç bir uğura imza ata bilməyən, kino sahəsində böhran dövrünü yaşamaqla diqqətdən kənarda qalan Rüstəm İbrahimbəyov siyasi proseslərə qoşulmaqla özünü bu sahədə də sınamaq, daha çox satışa çıxarmaq, qərarına gəldi. Bu məqsədlə Azərbaycan dövlətçiliyi əleyhinə olan qüvvələrlə belə işbirliyinə gedən Rüstəm İbrahimbəyova isə antiAzərbaycan qüvvələri tərəfindən "ziyalı" həmkarı Eldəniz Quliyevdən fərqli olaraq etnik deyil, siyasi zəmində çağırışlar etmək, iqtidarın siyasi sahədə həyata keçirdiyi islahatları kəskin tənqid etmək tapşırığı verilmişdi. Hələlik Eldəniz Quliyevdən fərqli olaraq Rüstəm İbrahimbəyov ona verilən tapşırığı can-başla icra edir, o qədər də anlayışı olmayan siyasi proseslər barədə mövqe ortaya qoyur.
Xoruzun quyruğu göründü
Son günlər isə daha bir ziyalı özünün antidövlətçilik mövqeyi və Azərbaycana qarşı düşmən münasibəti ilə cəmiyyətin diqqətini özünə yönəldib. Söhbət ermənilərə sevgi hissini özündə aşılayan "Daş yuxular" romanı və onun müəllifi ermənipərəst Əkrəm Əylislidən gedir. Demək olar ki, romanın əsas mahiyyəti barədə cəmiyyətin böyük bir qismi məlumatlıdır. Qısaca olaraq onu xatırlatmaq yerinə düşər ki, Əkrəm Əylisli ona müəyyən dairələr, konkret olaraq ermənilər tərəfindən şərəf gətirən, həqiqətdə isə ən böyük şərəfsizliyə imza atan bu romanda açıq-aşkar Azərbatcan xalqını qaniçən, zalım, erməniləri isə məzlum, yazıq bir xalq kimi xarakterizə edir. Onun ermənipərəst mövqeyinə etiraz edənləri romandan anlayışı olmayanlar kimi qələmə verən Əkrəm Əylusli iddia edir ki, o "Daş yuxuları" yazarkən hadisələrin fövqündə dayanıb, bədii yanaşmalardan istifadə edib. Onda belə çıxır ki, sabah biriləri bir roman yazsa və həmin romanda bədii yanaşmalardan istifadə edərək Əkrəm Əylislini qızı, arvadını təhqir etsə, bu "yazıçı" həmin romanı da normal qəbul edəcək. Heç də şübhə doğurmur. Çünki vətənini, torpağını, millətini aşağılayan, düşmən xalqı öz xalqından üstün tutan Əkrəm Əylisli kimi şərəfsizlər üçün ailə məfhumu da qeyri-ciddi bir şeydir və belə insanlardan başqa nəsə gözləməyə dəyməz. Əgər Əkrəm Əylislidə kiçicik belə şərəf hissi olsa, xalqını, millətini, ən əsası ailəsini düşünsəydi ermənipərəst mövqeyinə görə Azərbaycan xalqının qarşçısına çıxıb üzr istəyər, erməni təbliğat maşınının qurbanına çevrildiyindən peşman olduğunu etiraf edərdi. Ancaq bunun əksinə olaraq Əkrəm Əylisli bir qədər də irəli gedib və iç üzünü tamamilə açaraq ortaya qoyub. Azərbaycan cəmiyyətinin ilkin reaksiyalarından sonra ölkəni tərk etmək niyyətində olduğunu dilə gətirən bədnam "yazıçı" üz tutmaq istədiyi ölkənin məhz Ermənistan olduğunu müsahibəsində dolayısıyla təsdiqləyib. Baş vermiş hadisələrin fonunda Əkrəm Əylisli erməni agentliyinə verdiyi müsahibə ilə əslində Ermənistan rəhbərliyinə bu ölkəyə getmək istəyində olduğu barədə ismarıc göndərib Əkrəm Əylisli bildirib ki, Ermənistandakı qohum-əqrəbası üçün çox darıxıb və imkanı olsa Ermənistana gedərək onlarla görüşər. Göründüyü kimi Əkrəm Əylisli özünü Ermənistan rəhbərliyinə təqdim edir və Azərbaycanı tərk edərək işğalçı ölkəyə getmək niyyətini ortaya qoyur. Ancaq bədnam yazıçı bir şeyi unudur ki, o nə qədər ermənipərəst mövqeyi ilə seçilən romanlar yazsa, ermənilərə xoş gedən fikirlər səsləndirsə, antiAzərbaycan mövqeyi ortaya qoysa da, xaricdəki Ermənistan sevgisi olan dairələr, eləcə də işğalçı ölkə rəhbərliyi heç də onun qızıldan abidəsini ucaltmayacaq. Əkrəm Əylisli kimilərinə ermənilər hər zaman cinsi əlaqədə istifadə edilən qoruyucu vasitə kimi baxıblar. İndi də eyni şey təkrar olunacaq. Çox qısa zaman keçdikdən sonra Əkrəm Əylisli istifadə olunmuş qoruyucu vasitə kimi gərəksiz olacaq.
/Olaylar.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре