Maşının nömrələri yararsız hala düşəndə sürücü nə etməlidir?

Day.Az представляет вниманию читателей материал на азербайджанском языке.
Avtomobili dövlət nömrə nişansız idarə etməyin mümkünsüz olması hamıya məlumdur. Bu dəfə söhbət açacağımız mövzu da hər bir sürücünün başına gələ biləcək dövlət nömrə nişanı ilə yaranmış məsələ ilə bağlıdır.
Milli.Az xəbər portalının məlumatına görə, avtomobillərin istifadəsi zamanı dövlət nömrə nişanları yararsız hala düşür. Bura yol qəzaları, materialında yaranmış qopmalar və nişanın üzərində plyonka qatı xarab olması kimi hallar daxildir. Bəzən isə yol qəzalarına düşən avtomobillərin nömrələri demək olar ki, ələ gəmir. Bəs belə olan halda, eyni zamanda nömrələr yararsız hala düşəndə sürücü nə etməlidir?
Məsələ ilə bağlı müraciət etdyimiz Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev problemin necə həll edilməsinə aydınlıq gətirdi.
Şöbə rəisi Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, yol qəzası və digər hadislər zamanı yararsız hala düşmüş dövlət nömrə nişanını dəyişmək mümkündür. Bunun üçün avtomobil sahibləri həmin nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ərazi üzrə imtahan qeydiyyat şöbəsinə müraciət etməlidir. Həmin dövlət nömrə nişanlarını nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə bir yerdə imtahan-qeydiyyat şöbəsinə təhvil vermək lazımdır.
K.Əliyevin sözlərinə görə, əvvəlki dövlət nömrə nişanı bərpa olunmur, əvəzində, həmin rəqəmlərlə eyni çap olunmuş yeni dövlət qeydiyyat nişanları verilir: "Əgər dövlət nömrə nişanları yol nəqliyyat hadisəsi zamanı əzilib yararsız hala düşübsə, həmin qəza ilə bağlı qeydiyyat şöbəsinə müvafiq arayış verilməlidir. Bilirsiniz ki, hər bir yol-nəqliyyat hadisəsi qeydiyyatdan keçir. Nəqliyyat vasitələrinin texniki təmir stansiyalarına müraciət etməsi üçün onlara müvafiq arayış verilir. Dövlət nömrə nişanı təqdim edilən zaman həmin arayışı da təqdim etmək lazımdır ki, bu nömrə yol qəzasında əzilib. Əgər əzik yoxdursa, sadəcə, nişanın üzərində, materialında qopma varsa, arayışsız dəyişdirilir".
Şöbə rəisi qeyd etdi ki, yararsız dövlət nömrə nişanının dəyişdirilməsi üçün cəmi 18 manat dövlət rüsumu ödənilməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре