“Patron” günəbaxan tumları istehsalçısının fırıldaqları üzə çıxdı

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке
Azərbaycanda mal və məhsulların reklamı məsələsində şişirtmələr, yalan vədlər artıq adi hal alıb. Müəssisələr istehsal etdikləri məhsulların keyfiyyətinə fikir verməkdənsə, malın reklamına, yalançı vədlərə daha çox yer ayırır. Bu da sonda malların keyfiyyətsizliyi, istehlakçıların aldadılması ilə nəticələnir. Bu cür məhsullardan biri də "Patron" günəbaxan tumlarıdır. Təxminən 2-3 ay əvvəl Azərbaycanda istehsalı başlanan bu günəbaxan tumlarını istehsal edən şəxsin fırıldağı üzə çıxdı. Fiziki şəxs Elşad Malik oğlu Məmmədov tərəfindən istehsal olunan "Patron" günəbaxan tumları elə deyəsən yaxın vaxtlarda da satışdan çıxarılacaq. İndidən istehlakçılara fırıldaq yolu ilə sırınan bu tumları istehsal edən sahibkarın gələcəkdə hansısa uğur qazanacağına inanmıram. Çünki, bu tumlar artıq indidən istehlakçılar arasında keyfiyyətsiz məhsul kimi tanınmağa başlayıb. Adıçəkilən məhsulun aldadıcı reklamı əsasən bölgələrdə yayılıb. Əslində elə "Patron" günəbaxan tumları qabının üzərində yazılana görə, Elşad Məmmədov həmin tumları Tərtər rayonunda istehsal edir. Hansı şəraitdə, necə istehsal olunmağından isə hələlilk məlumatım yoxdur. Amma, tum istehsalçısı adamı elə aldadır ki, elə bil bu məhsulun işərisindən ən azından qızıl, brilliyant və digər qiymətli əşyalar çıxacaq. Yalançı vədlərə inanan istehlakçı da həmin tumları bəh-bəhlə alır ki, bəs bu dəqiqə nəsə udacaq. Amma, tumu alandan sonra məlum olur ki, burada nə uduş var, nə də hədiyyə. Bu yolla cənab Elşad Məmmədov pul qazanır, camaat isə şirnikləndirici reklam və aldadıcı vədlərə uyur, sonda peşiman olur.
"Patron" istehlakçılara "bəxtini sına" da demir
Sentyabrın 20-də günorta saatlarında mən də bunun şahidi oldum. Daha doğrusu, həmin şirnikləndirici fırıldağa tuş gəldim. Özü də rayonda. Ağsu rayonunda mağazadan tum almaq istədim və elə satıcı da mənə dərhal "Patron" tumu məsləhət gördü. Düzü birinci dəfə idi ki belə bir adda günəbaxan tumu görürdüm. Satıcı tumu o qədər təriflədi ki, özümdən asılı olmayaraq həmin tumu aldım. 100 qramlıq 40 qəpiyə olan tumu alanda tumun üzərində diqqətimi "hədiyyəli" sözü çəkdi. Dərhal maraq məni üstələdi və tumu açıb hədiyyənin nədən ibarət olduğunu öyrənmək istədim. Elə başqaları kimi mən də bu tumu elə həvəslə açırdım ki, sanki bu dəqiqə qabın içərisindən bahalı avtomobil açarı çıxacaq. Amma, heç də həyəcanıma dəymədi. Tumun qabını boşaltsam da qabdan nəinki hədiyyə, heç digər məhsullar kimi "bəxtinizi bir daha sınayın" kuponu da çıxmadı. Məlum oldu ki, ümumiyyətlə bu tumların içərisindən heç bir hədiyyə çıxmır. Sadəcə, istehsalçı istehlakçını bu cür aldadır. Hərənin bir fırıldaqçılıqla istehlakçıları aldatdığını görən bu fiziki şəxs də belə bir üsul seçib. Tumun qabının üzərinə "hədiyyəli" yazmaqla insanları aldadıb onların pullarını qarət edir, biznesini artırır.
"Hədiyyə qoymayıblar, çıxmayıb, ondan ötrü baş ağrıtmayacağıq ki?
Satıcıya heç bir söz deməyib həmin tumdan birini də istədim. Satıcı da heç nə olmayıb kimi bir ədəd də 40 qəpiklik "Patron" tumu verdi. Bu tumu isə elə satıcınin gözləri qarşısında açdım və içərisinə baxdım. Tumu boşaltsam da, bu qabdan da heç bir hədiyyə-filan çıxmadı. Məcbur olub satıcıdan bu barədə soruşdum. Satıcı sanki adi bir hal kimi qarşılayıb həddindən artıq soyuq halda" burda nə var ki, hədiyyə qoymayıblar, çıxmayıb, ondan ötrü baş ağrıtmayacağıq ki?" dedi. Maraqlandım ki, axı bunun üzərinə "hədiyyəli" yazılıb? Satıcı dedi ki, "Patron"da belə biabırçılıq birinci dəfə deyil: "İlk dəfə mal bazara çıxanda bir ikisinin içərisinə hədiyyə kontur və sair mallar yerləşdirmişdilər ki, alıcılar şirniklənsin. Ondan sonra təmiz yığışdırdılar. Artıq bir aydan çoxdur ki, bu tumların içərisindən heç nə çıxmır. Səbəbini isə bilmirik. Bunu bizə ekspeditellər gətirir və onlardan da soruşuruq. Onlar isə bildirirlər ki, bu məsələ birbaşa rəhbərliyə, yəni istehsalçıya aiddir. Biz də bunun fərqinə varmırıq. Ona görə ki, bizə gələn alıcı bizdən tum istəyir, hədiyyə istəmir ki, onu tələb edək. Bununla bağlı istehsalçının ünvanına müraciət olunmalıdır".
Bax belə, başımaq gələn bu əhvalatı olduğu kimi çatdırdım. Yəqin ki, bu yazıdan sonra "Patron" tumlarının istehsalçısı olan Elşad Məmmədov məsələyə münasibət bildirəcək və problemin həllinə çalışacaq. Əslində problemin həlli bizim üçün deyil, Elşad müəllimin özü üçün, "Patron"günəbaxan tumlarının bazarda sağlam rəqabətə tab gətirməsi üçün vacibdir. Biz isə bu prosesin istehlakçılara vurduğu ziyanı, sahibkarın milyonlarla istehlakçını aldatmasından narahatlıq keçiririk. Və ümid edirik ki, bu məsələyə sahibkar özü və bazara nəzarət edən aidiyyəti qurumlar reaksiya verəcək . Əks halda "Patron" bir az da gözdən düşəcək, bazarda rəqabətə dözməyib iflasa uğrayacaq.
/Olaylar/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре