Dənizkənarı Milli Parkda 2 sevgili özünü dənizə atdı

Day.Az представляет новость на азербайджанском языке

----------
15:58

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a bildirib ki, hadisə bu gün saat 14 radələrində baş verib: "Bir nəfər 18-20 yaşlarında olan qız özünü suya atıb. Amma o boğulmadı, qızı xilas etdilər, sağdır.

Ona sudan çıxmağa həmin an orada olan şəhər sakini olan iki oğlan kömək edib. Daha sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) əməkdaşları gəldilər. Birlikdə köməkləşərək qızın həyatını xilas edə bildilər".

---------
14:49

Big.az-ın məlumatına görə, Dənizkənarı Milli Parkda intihara cəhd olub. İki sevgili intihar etmək məqsədilə özünü dənizə atıb. Hadisə şahidlərinin məlumatına görə, özlərini dənizə atan qız və oğlan xilas edilə biliblər. Ancaq qızın vəziyyəti ağırdı. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Нажмите на видео для просмотра:
Milli Parkda ŞOK:

-----------
20:09