DƏHŞƏT! Sevgilisini qısqanan qız özünü binadan atdı

Day.Az представляет новость на азербайджанском языке

Bakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə virtualaz.org saytına Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

Xəbərdə deyilir ki, dünən saat 21:30 radələrində Aşurova Xatirə Səlim qızı özünü Xətai rayonu, Mehmandarov küçəsi, 2 ünvanındakı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən atıb.

1997-ci il təvəllüdlü X.Aşurova hazırda "Azərsutikinti" xəstəxanasındadır, vəziyyəti ağırdır.

İlkin məlumata görə, X.Aşurovanın intihar etməsinə səbəb sevgilisini qısqanması olub.

Fakt Xətai Rayon Prokurorluğunda araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.