9 Sentyabr Ümumdünya gözəllik günündür

Day.Az представляет новость на азербайджанском языке.


Bəziləri gözəlliyi zahiri görünüşdə görür, bəziləri isə onu daxili aləmdə axtarır.

Bir sözlə, hamımız gözəlliyi sevir, daima onu axtarır, görəndə ondan zövq alırıq. Bu gün isə gözəllik deyilən anlayışa xüsusi diqqət kəsilir.

XX əsrdə kosmetologiya aləmində böyük irəliləyişlər nəzərə alınaraq 1995-ci ildə Ümumdünya Konqresi 9 sentyabrın Gözəllik günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Dünya ölkələrinin əksəriyyətində gözəllik yarışmaları məhz bu günə təsadüf edir. Hətta ölçüsü gözəllik meyarları ilə üst-üstə düşməyən xanımlar üçün də müxtəlif festivallar təşkil olunur.

Əlbəttə ki, gözəllik deyəndə göz önündə ilk növbədə qadın məfhumu dayanır. Qadın gözəlliyinə verilən ən düzgün qiymət isə əks cinsin nümayəndələrindən gəlir.

Bu baxımdan "Azərbaycan xanımlarının bəxti gətirib" demək olar. Bəs görəsən bizim xanımlarımızın estetik baxımdan ən böyük problemləri nədədir.

Azərbaycanda 40 yaşından yuxarı qadınların əksəriyyəti köklükdən əziyyət çəkir. Kortəbii saxlanan dietalar isə problemi həll etmir əksinə, müxtəlif xəstəliklərlə nəticələnir. Problemdən ən asan çıxış yolunu isə estetik əməliyyatda görənlər də var.

Odur ki, "daha gözəl görünmək" amalı ilə estetik əməliyyatlara üz tutanların sayı bütün dünyada ildən-ilə artmaqdadır. Bir sözlə, hamımız gözəlliyi sevir, daima onu axtarır, görəndə ondan zövq alırıq.

Xia.az