Daha öncə qarət edilən mağaza yenidən soyuldu

Day.Az представляет новость на азербайджанском языке.

Ağstafada oğurluq hadisəsi baş verib.

Qarətçilərin hədəfi təxminən bir ay öncə talayıb, 300 manata yaxın nağd pul və xeyli ərzaq malları götürdükləri Ağstafanın Poylu kəndində yerləşən Oqtay Osmanovun işlətdiyi market olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, gecə saatlarında obyektə arxa hissədən dəmir barmaqlıqları qoparıb, pəncərəni sındırmaqla daxil olan oğrular oradan 500 manat dəyərində tütün, içki məmulatları oğrulayıblar. Marketin anbarına daxil olub qənimətləri götürən cinayətkarlar avtomobillə ərazidən uzaqlaşıblar. Bunu, mağaza sahibi ərazidə təkər izi və ətrafa səpilən şirniyyatlardan bilib. 

Ümumiyyələ son 2 ayda Poylu kəndində 10-a yaxın market yarılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.