Ağcaqanadları qovan televizorlar buraxıldı
Day.Az представляет новость на азербайджанском языке
LG şirkəti Hindistan sakinləri üçün ultrasəsin köməyi ilə ağcaqanadları qovan "Mosquito Away TV" televizorlarını istehsal edib.
lent.az-ın "The Next Web" nəşrinə istinadən məlumatına görə, istehsalçı bildirib ki, texnologiya kimyəvi maddələrdən və ya şüalanma üçün təhlükəli olan maddələrdən istifadə etmir və insanlar üçün tamamilə ziyansızdır. Bundan başqa, ultrasəs həşəratları öldürmür və onları yalnız uçmağa məcbur edir.
Qeyd edilir ki, ağcaqanadları qorxudan bu funksiya hətta televizor sönülü vəziyyətdə olanda da işləyir. İlk dəfə LG şirkəti bu texnologiyanı 2014-cü ildə kondisionerlər üzərində nümayiş etdirib.
Bundan öncə məlumat verilib ki, "Google" şirkətinin vitse-prezidenti "Alphabet" korporasiyasında geni dəyişdirilmiş ağcaqanadlar yetişdirmək niyyətindədir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре