Britaniya şirkəti robot-meneceri işə götürüb
Day.Az представляет новость на азербайджанском языке
Britaniya şirkəti ofisdə işləmək üçün menecer vəzifəsinə robotu işə götürüb.
lent.az-ın "gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə robotu hazırlayan Birmingem Universitetinin saytında məlumat yerləşdirilib.
Betti adlandırılan yeni "əməkdaş" sınaq müddəti ilə işə götürülüb və o, 2 ay müddətində sınaqlardan keçəcək. Betti ofisdəki səliqə-səhmana, əməkdaşların masalarına, eləcə də ofisdəki səs-küyə və havanın hərarətinə nəzarət edəcək. Robotun gözləri də var və o, ofisə gələn qonaqları, ofis əməkdaşlarını mehribançılıqla qarşılayıb, yola salmaq bacarığına malikdir.
Bundan başqa, Betti iş günü bitdikdən sonra otaqda qalan əməkdaşlara da nəzarət həyata keçirəcək.
Qeyd edək ki, "Baker & Hostetler" hüquq bürosu İBM şirkəti tərəfindən yaradılmış "vəkil" robotu işə qəbul edib. Süni intellekt iflas proseduru məsələləri ilə bağlı işlərlə məşğul olacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре