Selena Gomez xəstə fanatını elə sevindirdi ki... - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Məşhur müğənni Selena Gomez "Diamond Blackfan Anemia" adlı nadir xəstəliyə tutulan azyaşlı pərəstişkarıyla görüşüb.
Day.Az qafqazinfo-ya istinadən bildirir ki, 23 yaşlı ifaçı sosial şəbəkələrdə fenomenə çevirilən Audrey Nethery ilə tanış olub, onlar "Love you like a love song" mahnısını duet şəklində ifa ediblər.
Amerikalı pop ulduz Audrey ilə rəqs etdiyi videonu rəsmi İnstaqram səhifəsində paylaşıb.
Həmin görüntülər bir saatda 1 milyon nəfər tərəfindən izlənilib.
Xatırladaq ki, Audreyin ən sevdiyi mahnı "Love you like a love song"dur. O, bir neçə dəfə bu mahnını ifa edərək sosial şəbəkədə paylaşmış, daha əvvəl isə hər kəs onu "Daun sindromu"na tutulmuş orta yaşlı bir qadın kimi tanıyırdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре