https://news.day.az/azerinews/812344.html
Türkiyəli nazir: "BTQ dəmir yolunun inşası dayandırıla bilərdi"
Türkiyəli nazir: "BTQ dəmir yolunun inşası dayandırıla bilərdi"

Day.Az представляет новость на азербайджанском языке
"Əgər Türkiyədə hərbi çevriliş olsaydı, ölkə ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi dayandırıla bilərdi".
Day.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan "Anadolu" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu halda Türkiyədə digər mühüm layihələr də böyük təhlükə altında qala bilərdi:
"Məlum olduğu kimi, qiyamçıların məqsədlərindən biri Türkiyədə nəqliyyat layihələrinin reallaşdırılmasının qarşısını almaq idi".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре