"Sarı gəlin" ilə "O səs Türkiyə"-ni heyran edən Mehman növbəti turda

Day.Az представляет новость на азербайджанском языке

TV8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsində "Sarı gəlin" mahnısı ilə hər kəsi özünə heyran edən azərbaycanlı iştirakçı Mehman Tağıyev növbəti mərhələyə adlayıb.

Day.Az musavat.com-a istinadən bildirir ki, Hüsnü adlı iştirakçı ilə duelə çıxan həmyerlimiz "Sen de gidersen" mahnısını ifa edib.  İfadan sonra Sibel Can iki iştirakçı arasında seçim edib. O, yoluna M. Tağıyevlə davam etmək istədiyini deyib.

Qeyd edək ki, "Sarı gəlin" xalq mahnısını ifa edən Tağıyev performansı ilə Sibel Can, Murat Boz, Hakan-Gökhan və Hadisəni özünə tərəf döndərə bilib. Münsiflər ifaçının səsini çox bəyəndiklərini deyərək, ondan ikinci dəfə "Sarı gəlin"i ifa etməyini istəyiblər. Sonda həmyerlimiz Sibel Canı seçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.