Bakıda müəmmalı qətl: uşaqbaz başqa maşında qan içində tapıldı - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке.
--------
18:59
Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirilən Rauf Mikayıl oğlu Əliyevin əvvəllər CM-nin uşaqbazlıq və narkotik vasitələrdən istifadə etmə maddəsi ilə məhkum oluduğu müəyyən edilib.
--------
18:40
Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın APA-ya verdiyi məlumata görə, polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Maştağa qəsəbəsində Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əliyev Rauf Mikayıl oğlunu bıçaqlayaraq qətlə yetirən 1959-cu il təvəllüdlü Bağırov Yusif Maştağa oğlu tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, R.Əliyevin cəsədi çoxsaylı bıçaq xəsarətləri ilə iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində, Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə tapılıb.
---------
15:46
Bakıda müəmmalı qətl törədilib. Cinayətdəki müəmma qətl qurbanının başqasının maşınında tapılmasıdır.
Cinayət hadisəsi Sabunçu rayonu, Maştağa qəsəbəsində törədilib. Milli.Az xəbər verir ki, 55 yaşlı Rauf Əliyevin meyiti dünən Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə aşkarlanıb. Qan içərisində olan meyitin üzərində bıçaq yaraları olub.
Qətlin kim tərəfindən törədilməsi, mərhumun başqasının avtomobilində necə olması hələ də qaranlıqdır.
Bakı şəhər Prokurorluğu da qətlin qaranlıq məqamlarına işıq salmadı. Prokuror köməkçisi Günel Məmmədova Milli.Az-a qətllə bağlı məqamların açıqlanmamasını istintaq sirri ilə əlqələndirdi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре