"Neftçi"nin sabiq futbolçusu meydançada öldü Day.Az представляет новость на азербайджанском языке.

Malayziya çempionatında ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, "T-Team" klubunda çıxış edən nigeriyalı müdafiəçi David Oniya "Keltan"la qarşılaşma zamanı meydançada vəfat edib.

Matçın 3-cü dəqiqəsində huşunu itirərək yerə yıxılan müdafiəçi tez xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, 30 yaşlı futbolçu bir müddət Azərbaycan çempionatında da çıxış edib.

O, 2004-2007-ci illər arasında "Neftçi" klubunda meydana çıxdığı 74 oyunda 2 qol vurmuşdu.