Bakıda yatmış uşaq FHN-i ayağa qaldırdı

Day.Az представляет новость на азербайджанском языке


Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qonşu mənzilin eyvanından 5-ci mərtəbədə yerləşən mənzilin eyvanına enərək içəri daxil olub.

Xilasedicilər yatmış vəziyyətdə aşkarlanmış azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:36-da başa çatıb.