Nazpəri-İlhamə qarşıdurması yeni mərhələyə keçdi

Day.Az представляет новость на азербайджанском языке.
Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişməsinin növbəti "raundunun" vaxtı bəlli olub
Birincinin şikayəti əsasında keçiriləcək məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib.
Bu barədə məlumatı aznews.az-a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva verib.
Qeyd edək ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min manat cərimə ilə razılaşmır.
Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələbini qoymuşdu.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре