Toppuş bacı ana olmaq istəyir
Day.Az представляет новость на азербайджанском языке:
Artıq kilodan uzun illərdir əziyyət çəkən Toppuş ləqəbli aktrisa Tünzalə Əliyevamədəsini cərrahiyyə yolu ilə kiçiltdiyini deyib.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə o, ATV Maqazin verlişində danışıb. Aktrisa bildirib ki, mədəsinin 4-də 3 hissəsini kəsib götürüblər. Bu da gün ərzində onun az qidalanacağından xəbər verir:
"150 kilodan 108 kiloya düşmüşəm. Arıqlamağa davam edirəm. 80 kiloya düşənə qədər arıqlamaqda iddialıyam. Sevdiyim şirniyyatları yeyə bilmirəm. Mədəni kiçiltsəm belə, idmandan uzaqlaşmadım. Məşqlərə davam edirəm".
Aktrisa tez-tez sosial şəbəkələrdə müzakirəyə çıxarılan ailə münasibətlərindən danışıb:
"3 ildən çoxdur ki, ailəli xanımam. Barəmizdə çıxan şaiyələrə əhəmiyyət vermirik. Həyat yoldaşımla bağlanmışıq bir-birimizə. Ayrı qala bilmərik. Ailəmi çox sevirəm. Övlad sahibi olmaq istəyirik. Allah özü qismət eləsin" - deyə Tünzalə xanım bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре