https://news.day.az/society/593592.html
Misirli tələbələr ADA universitetində oldular - FOTO
Misir Mədəniyyət Mərkəzindən Day.Аz-a verilən məlumata görə, iyulun 1-də Misirin Qahirə universitetinin mühəndislik fakültəsinin kimya mühəndisliyi kafedrasında təhsil alan və iyunun 22-dən iyulun 2-dək AMEA Neft-Kimya İnstitutuna təcrübəyə gələn tələbələr ADA Universitetində olublar.
Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəhman Şahhüseynli tələbələrə ADA Universitetinin yaranma tarixindən, fəaliyyətindən söhbət açaraq tələbələri universitetin zəngin və müasir tələblərə cavab verən kitabxanası və universitet ilə tanış edib.
Daha sonra universitetin prorektoru Fariz İsmayılzadə ilə görüş keçirilib. Görüş zamanı prorektor misirli tələbələri salamlayaraq yaxın vaxtlarda ADA Universiteti ilə Misirin bir neçə universiteti arasında bağlanacaq müqavilə barədə və ilk dəfə olaraq 2015-2016-cı tədris ilində 5 misirli tələbənin ADA Universitetinin bakalavr və magistr pilləsində təhsil alacaqları barədə məlumat verib. Eyni zamanda ADA Universiteti ilə Misir Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Day.Az представляет новость на азербайджанском языке:
2015-2016-cı tədris ilində 5 misirli tələbə ADA Universitetinin bakalavr və magistr pilləsində təhsil alacaq
Misir Mədəniyyət Mərkəzindən Day.Аz-a verilən məlumata görə, iyulun 1-də Misirin Qahirə universitetinin mühəndislik fakültəsinin kimya mühəndisliyi kafedrasında təhsil alan və iyunun 22-dən iyulun 2-dək AMEA Neft-Kimya İnstitutuna təcrübəyə gələn tələbələr ADA Universitetində olublar.
Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəhman Şahhüseynli tələbələrə ADA Universitetinin yaranma tarixindən, fəaliyyətindən söhbət açaraq tələbələri universitetin zəngin və müasir tələblərə cavab verən kitabxanası və universitet ilə tanış edib.
Daha sonra universitetin prorektoru Fariz İsmayılzadə ilə görüş keçirilib. Görüş zamanı prorektor misirli tələbələri salamlayaraq yaxın vaxtlarda ADA Universiteti ilə Misirin bir neçə universiteti arasında bağlanacaq müqavilə barədə və ilk dəfə olaraq 2015-2016-cı tədris ilində 5 misirli tələbənin ADA Universitetinin bakalavr və magistr pilləsində təhsil alacaqları barədə məlumat verib. Eyni zamanda ADA Universiteti ilə Misir Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.
Şəkilləri böyütmək üçün klikləyin:

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре