Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantının meyiti tapılıb

Day.Az представляет новость на азербайджанском языке:
Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb.
"Report"un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin iki gündür axtardığı 16 yaşlı yeniyetmənin cəsədi Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində su qapısına ilişərək üzə çıxıb.
V.Cəfərovun meyiti sudan çıxarıldıqdan sonra polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılıb. Daha sonra kursantın cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağcabədi rayon şöbəsinə göndərilib. Orada 16 yaşlı yeniyetmənin meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре