Hacı İbrahimin şirkəti məhkəməyə verildi

Day.Az представляет новость на азербайджанском языке.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) "Azər-Ross İK" Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

Report-un xəbərinə görə, FHN-in qurumu borcun ödənilməsi barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, S.Ə.Dadaşov adına ETLKİMİ inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

"Azər-Ross İK" tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin prezidenti olduğu "Avesta" konserninin tərkibinə daxildir. Şirkət Bakıda çoxmərtəbəli binaların inşası ilə məşğul olur.