Uğurun başlıca sirri məhsulun keyfiyyətindədir: Azərbaycan bazarında 25 il

Sərt bazar rəqabəti şəraitində məhsulun keyfiyyəti müəssisələrin rəqabətədavamlılığı baxımından əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Müəssisə rəhbərləri başa düşürlər ki, yalnız keyfiyyətli məhsul uzunmüddətli uğur və sabit iqtisadi mənfəəti təmin edə bilər. Uğurlu şirkətlərin qarşısında duran ən vacib vəzifə istehsal edilən məhsulun beynəlxalq standartlara və müəyyən edilmiş normativlərə uyğunluğudur.  

Azərbaycan bazarında içməli suyun və spirtsiz içkilərin istehsalı sahəsində fəaliyyət göstərən ilk şirkət olan "TAC"ın bu il 25 yaşı tamam olur.  

Şirkətin sahibləri və rəhbərliyi ilk gündən etibarən istehlakçıları sağlamlığa müsbət təsir göstərən yüksək keyfiyyətli məhsulla təmin etməyi qarşıya məqsəd qoyublar. Şirkətin bütün məhsulları təbii mənbədən əldə edilmiş mineral sudan istifadə etməklə hazırlanır.  

Şirkət məhsullarının istehsalında Almaniyanın dünyaca məşhur "Krones" şirkətinin istehsalı olan qablaşdırma avadanlığından istifadə edir. Bu avadanlıq ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstehsal prosesi insan amilinin su ilə hər hansı təmasını istisna edir. Bütün proseslər, qarşıya qoyulmuş vəzifənin icrasını almanlara xas dəqiqliklə olaraq yerinə yetirən "beyin mərkəzi"nin tam nəzarəti altında, avtomatik həyata keçirilir. Alman keyfiyyəti bütün dünyada məşhurdur. Məhz bu səbəbdən əsas diqqət istənilən insan xətalarını istisna edən ən yaxşı texnologiyaya yönəldilmişdir. Şüşələrin üfürülməsi və doldurulmasından tutmuş hazır məhsulun avtomatik qablaşdırmasınadək bütün istehsal prosesinə tam olaraq kompüter nəzarət edir. Bu texnoloji yenilənmə "TAC" şirkətinə nəinki istehsal həcmini artırmağa, həmçinin suyun təmizlənməsi və keyfiyyətə nəzarət sisteminin gücləndirməyə imkan vermişdir.  

Azərbaycanda fəaliyyət göstərən digər su istehsalçılarından fərqli olaraq, "TAC" şirkəti bütün iri həcmli məhsullarının tara və qablaşdırma materiallarını öz sahəsində istehsal edir, zavod dünya lideri olan Kanadanın tanınmış "Husky" şirkətinin avadanlığı ilə təchiz edilmişdir. Bura 0,5-2 litrlik şüşələrin, yivli və dispenser boğazlıqlı 5, 10 və 20 litrlik şüşələrin preformaları, həmçinin bütün iri qabaritli taralar üçün tutacaqlar və qapaqlar daxildir. Qablaşdırma materiallarının istehsalı üçün yalnız polietilentereftalat qranulası satın alınır, qalan bütün proseslər zavodda beynəlxalq standartlara və normalara uyğun həyata keçirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sertifikatlaşdırılır.  

"Şirkətimiz pioner olmaqla Azərbaycan bazarında qabaqcıl mövqelərdən birini tutur. Hər il su istehsalı üzrə fəaliyyət göstərən yeni şirkətlər meydana çıxır, rəqabət artır. Buna baxmayaraq, biz, yalnız yüksək keyfiyyətli məhsul istehsalı prinsipinə sadiqik. Bu məsələdə heç bir kompromisdən söhbət gedə bilməz. Biz istehlakçılarımız qarşısında böyük məsuliyyət daşıyırıq", - deyə "TAC" şirkətinin rəhbərliyi bildirir.  

Nəhəng texniki potensialı sayəsində "TAC" şirkəti öz istehsal səhələrində şəxsi marka altında su və sərinləşdirici içkilərin qablaşdırılması xidmətini həyata keçirir və həm yerli, həm də xarici iri şəbəkələrlə əməkdaşlıq edir. İstehlakçılara yaxşı tanış olan "Araz", "Rahat", "Oba", "Almarket" və s. kimi yerli şəbəkə brendləri öz markaları altında məhsul istehsalı sahəsində şirkətlə sıx əməkdaşlıq edirlər. "TAC" şirkəti istehsalın bütün mərhələlərində keyfiyyətə üçqat nəzarəti, xammal və material tədarükçüləri ilə qarşılıqlı əlaqələri, habelə məhsulların istehsalı və qablaşdırması üzrə bütün əməliyyatları öz üzərinə götürür.  

Şirkətin xarici tərəfdaşları sırasında "sağlam qida məhsulları" sektorunda tanınan Rusiyanın böyük "VkusVill" supermartketlər şəbəkəsini xüsusilə fərqləndirmək lazımdır. Azərbaycanda yetişdirilən dadlı meyvələrdən alınmış təbii şirələr və pürelər əsasında hazırlanmış, tərkibində hec bir kimyəvi konservantlar, süni boya maddələri və aromatizatorlar olmayan alümin bankada istehsal olunan qazlı içkilər bu ticarət şəbəkəsində böyük populyarlığa malikdir. Spirtsiz qazlı içkilərə olan yüksək tələbat 100%-lik təbii tərkib və parlaq dad çalarları ilə təmin edilir və şəbəkənin şəxsi markası altında Rusiyaya ixrac edilir.  

Yaradıldığı gündən etibarən zavodda fəaliyyət göstərən şəxsi laboratoriyalar şirkətin əsas qürur mənbəyidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın heç də hər böyük şirkəti şəxsi laboratoriyaya malik deyil. Zavodda fəaliyyət göstərən fiziki-kimyəvi və mikrobioloji laboratoriyalar xammalın zavoda daxil olmasından tutmuş hazır məhsulların anbara daxil olmasınadək istehsal zəncirinin bütün mərhələlərində suya kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti həyata keçirir. "TAC" şirkətinin laboratoriyaları Azərbaycan Akkreditasiya Məkəzi akkreditasiyasından keçmişdir. Bu prestijli attestat şirkətin laboratoriyasına Azərbaycan ərazisində istənilən suyun və spirtsiz içkilərin keyfiyyətə uyğunluq qiymətləndirməsini həyata keçirmək hüququ verir. 

Sanitar normalara və gigiyena qaydalarına riayət olunması yaradıldığı ilk gündən etibarən "TAC" şirkəti üçün prioritet olmuşdur. Güman ki, məhz bu səbəbdən "TAC" şirkətinin tez-tez öz istehsal meydançalarına təşkil etdiyi ekskursiyalar xüsusi müvəffəqiyyət qazanmışdır. Zavoda bir dəfə baxmaq kifayətdir ki, hər sexdəki, hər sahədəki və hər istehsal xəttlərindəki ideal təmizliyə valeh olasan.  

"Bütün uğur qazanmış iş adamları bilirlər ki, əqli və zehni əmək və ya böyük sənaye müəssisəsi olmasından asılı olmayaraq, hər bir işin keyfiyyəti iş yerindəki nizamdan və təmizlikdən asılıdır. Bu, xüsusilə də qida məhsullarının istehsalına aiddir. Biz artıq çoxdandır ki, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar sisteminin tətbiqinə başlamışıq, ISO 9001 və ISO 22000 sertifikatlarını almışıq. Biz Azərbaycan səviyyəsində və beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün istehsal tələblərinə, o cümlədən sanitar-texnoloji tələblərə riayət edirik. İstehsalın hər bir mərhələsində, hər bir istehsal sahəsində məsul şəxslər sanitar-texnoloji normalara riayət olunmasına nəzarət edirlər. Pandemiya dövründə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin iştirakı ilə bütün işçi heyətinin iş yerində vaksinləməsi təşkil edilmişdir. Həm əməkdaşlarımızın, həm də müştəri və tərəfdaşlarımızın yoluxma riskini azaltmaq, onları təhlükəli virusdan qorumaq bizim üçün çox vacib idi. Ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir!", - "TAC" şirkətinin Marketinq direktoru Sürəyya Verdiyeva bildirir.  

Məhsul portfelinə Azərbaycanda tanınmış bir neçə ticarət markası daxil olan "TAC" şirkəti istehsal baxımından içməli su bazarında dünya liderləri ilə bərabərləşməkdədir.  

"Aquavita" ticarət markası şirkətin portfelində ilk pilləni tutur. Bu məhsul Fransanın dünyaca məşhur "Evian" suyu ilə yaxın göstəricilərə və minerallar səviyyəsinə malikdir. Bu suyun istehsalı üçün xammal Bakıdan 200 km məsafədə yerləşən Xaçmaz rayonunun Susayqışlaq kəndinin meşə massivində 400 m dərinliyə malik artezian quyusundan çıxarılan təbii bulaq suyundan götürülür. Şirkətin strategiyası bulaq suyunun tərkibində olan təbii mineral tərkibin saxlanılmasından ibarətdir. Zavoda gətirilən su bütün mexaniki qatqılardan təmizlənir, ultrabənövşəyi (UV) bakterisid şüalarla zərərsizləşdirilir, bütün sanitar-gigiyena normalarına və qaydalarına riayət etməklə müxtəlif həcmli şüşələrə doldurulur.  

Artıq 30 ildən çoxdur ki, suyun, havanın və səthlərin zərərsizləşdirilməsində ultrabənövşəyi bakterisid şüalar tətbiq edilir. Hazırda UV-texnologiyaları müxtəlif təsərrüfat sahələrində - sənaye, tibb, kommunal təsərrüat, energetika, nəqliyyat, kənd təsərrüfatı və s.-də dinamik olaraq tətbiq edilir.  

"Aquavita"nın digər qablaşdırılmış sulardan fərqi istehlakçıya təklif edilən tərtəmiz, təbii minerallarla zəngin və gözəl dada malik suyun birbaşa təbiət tərəfindən yaradılmasıdır. Bu unikal su təbiətin ona bəxş etdiyi bütün mineralları özündə saxlayır.  

Yerli bazarda tanınan digər ticarət nişanları da şirkətə məxsusdur. "Şahdağ" içməli su markası çoxdan alıcıların rəğbətini qazanmışdır. Bundan savayı, 2018-ci ildə şirkət bazara alumin bankada qablaşdırılmış yeni "Şahdağ" içkilərini çıxarmışdır. Bu məhsul yetişmiş dadlı meyvələrin əvəzedilməz ətrini və xoş dadını özündə birləşdirir. Brendin çeşidlərində Qafqaz və Azərbaycanın ən məşhur və ənənəvi dadları təmsil olunur. Məqsəd onları daxili və xarici bazarda təbliğ etməkdir. "Şahdağ" içkilərinin unikal parlaq dadı tərkibindəki təbii meyvə şirəsi və püresi vasitəsilə əldə edilir. Onlar içkilərə orijinal dad çalarları bəxş edir və faydalı maddələr - vitaminlər və mikroelementlərlə zənginləşdirir. 100% təbii tərkibə malik spirtsiz qazlı içkilər kimyəvi konservantlar, süni boyalar və aromatizatorlar əlavə edilmədən hazırlanır, tərkibində GMO yoxdur. Keyfiyyəti sayəsində bu içkilər böyük müvəffəqiyyət qazandıqları qonşu ölkələrə uğurla ixrac edilir.  

Şirkətin daha bir qabaqcıl ticarət markası "Gülüstan"dır. Bu xəttin məhsulları şirkətin portfelindəki ən məşhur məhsullardır. "Gülüstan" limonadları daxili sərinləşdirici işçilər bazarında lider mövqelərdən birini tutur. Artıq 25 ilə yaxındır ki, müştərilər bu markanın limonadlarına sadiqdirlər. Yüksək standartlara uyğunluq tədarük edilən inqredientlərin keyfiyyətinə daimi nəzarətlə təmin edilir və beynəlxalq sertifikatlarla təsdiq edilir.  

"Uğurumuzun sirri müştərilərimiz qarşısında böyük məsuliyyət və istehsal edilən məhsulun keyfiyyətinə peşəkar yanaşmadadır. Şəxsi laboratoriyalara və yüksək texnoloji avadanlığa malik olmamız keyfiyyətə nəzarət baxımından bizə böyük üstünlük qazandırır", - zavodun baş mühəndis-mexaniki Sergey Ryazanov deyir.  

Təcrübə, bilik və daimi təkmilləşmə kimi keyfiyyətlərin işə sevgi ilə vəhdəti "TAC" şirkətinə istehlakçıları ən yüksək keyfiyyətli məhsullarla təmin etmək imkanı verir!