Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericiliyə dəyişikliklər etmək planlaşdırılır - Nazir
.jpg)
Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericiliyə dəyişikliklər etmək planlaşdırılır.
Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bəzi hallarda IT şirkətlərin fəaliyyəti mövcud qanunvericiliklə ziddiyyət təşkil edir.
"Kibertəhlükəsizlik sektoru Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasına daxildir. Nazirliyimiz bu sahədə işləyən özəl şirkətlərə zəruri dəstək göstərir. Bundan başqa, Azərbaycan 2022-2027-ci illər üçün kibertəhlükəsizlik sahəsinin inkişafı strategiyasını qəbul etməyi planlaşdırır", - nazir deyib.
O, həmçinin, qeyd edib ki, Azərbaycan kibertəhlükəsizlik səviyyəsinə görə dünyada 40-cı yerdə qərarlaşıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре