Bakıda kafedə qətl törədən şəxsə 18 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən paytaxt sakini İlqar İsmayılovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Day.Az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.İsmayılov 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
1975-ci il təvəllüdlü İ.İsmayılov rayon ərazisindəki kafelərdən birində 1992-ci il təvəllüdlü Cabir Abulova aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İ.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре