Ermənistana missiyanın göndərilməsi qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır

Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

Day.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.

"Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq",- deyə C.Bayramov əlavə edib.