Rusiya sülhməramlıları Mərakeşin Xorvatiyanın qapısına vurduğu qola sevinir

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası altıncı gündür ki, davam edir.

Day.Az xəbər verir ki, aksiya iştirakçıları və sülhməramlılar dünya çempionatının üçüncü yer uğrunda oyununu - Xorvatiya-Mərakeş qarşılaşmasını birlikdə izləyiblər. Bunun üçün aksiya keçirilən ərazidə böyük monitor quraşdırılıb.

Rusiya sülhməramlıları Mərakeşin Xorvatiyanın qapısına vurduğu qola da seviniblər.