Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının yenidən formalaşmasına dair təşəbbüsü - Qoşulmama Hərəkatının sammitinin əsas yekunu

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının yenidən formalaşmasına dair təşəbbüsü martın 2-də Bakı şəhərində baş tutan Qoşulmama Hərəkatının sammitinin əsas yekunu oldu

Bu barədə xüsusən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev Trend-ə özəl müsahibəsində deyib.

O, Prezident İlham Əliyevin sammitdə çıxışında BMT Təhlükəsizlik Şurasının yenidən formalaşması, Qoşulmama Hərəkatına üzv ölkələrin Təhlükəsizlik Şurasında iştirakına dair təşəbbüs irəli sürdüyünü qeyd edib.

"Bu, yüksək səviyyədə keçirilmiş tədbirin əsas nəticəsi idi", - TDT-nin baş katibi deyib.

Omuraliyev Qoşulmama Hərəkatının sammitində iştirak üçün dəvətə, tədbirin yüksək səviyyədə keçirilməsinə və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

O həmçinin bundan əvvəl Prezident İlham Əliyevin COVID-19 pandemiyası dövründəki çətin zamanda Qoşulmama Hərəkatının ilk onlayn sammitinə təşəbbüs göstərərək keçirdiyini xatırlatdı.

"Bundan başqa, pandemiya dövründə Türk Dövlətləri Təşkilatının növbədənkənar sammiti keçirildi. Həmin vaxt bu çox çətin idi. Biz bu tədbirlərin nəticələrini bu gün görürük", - o sonda deyib.