Yeraltı və yerüstü keçidlər ləğv ediləcək? - Qəzaların qarşısını almaq üçün TƏKLİF
Azərbaycanda statistikaya görə, piyada ölümü ilə nəticələnən avtomobil qəzalarının çox hissəsi günün qaranlıq saatlarında baş verir. İki gün əvvəl gecə saatlarında Hövsan qəsəbəsində dəhşətli qəza nəticəsində bir ailənin üçü üzvi həlak olub. Əsas səbəb kimi isə yolun zəif işıqlandırılması göstərilir. Belə ki, gecə baş verən qəzaların əsasən zəif işıqlandırılması və ya ümumiyyətlə işıqlandırılmayan yollarda baş verməsidir.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yaşayış məntəqəqlərində avtomobil idarə edən şəxs sürətli sürməsin deyə yerdə xüsusi zolaqlar çəkilməli, yaşayış məntəqəqlərinin girişində xüsusi adacıqlar qurulmalıdır.
O bildirib ki, bütün bu görülən kompleks tədbirlər sürücülərin yaşayış məntəqələrinə daxil olarkən avtomobilin sürətinin azaltmasına səbəb olur.
"Bundan başqa zolaqların ensizləşdirilməsi, eyni səviyyəli və svetaforla nizamlanan keçidlərin olması da həll yollarındandır. Ümumiyyətlə yaşayış məntəqələri olan yerlərdə yolların işıqlandırılması mütləqdir. İnsanların qorumaq üçün vahid bir təhlükəsizlik sistemində hərəkətini təmin etmək məqsədilə bu həllər mütləq olmalıdır. Olmayacaqsa belə dəhşətli qəzalar qaçılmazdır. Belə hallar dünyanın hər yerində var. Belə hallara qarşı mübarizədə dünyanın mütərəqqi ölkələrinin təcrübəsi araşdırılımalıdır. İsveçin Vision Zero ("Yollarda sıfır ölüm siyasəti") adlı strategiyasının məqsədi yollarda ölüm və ağır xəsarətlərin azaldılmasıdır. İsveç yol istifadəçiləri üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ötən il İsveçdə yollarda 220 nəfər ölüb ki, bu da hər 100 000 nəfərə təxminən iki nəfərdir. (qəzaların ümumi sayından çox). Strategiyanın əsas ideyalarından biri odur ki, insanların yolda səhv etmələrinin qarşısını almaq mümkün deyil, lakin onların qarşısını alacaq və ya kompensasiya edəcək infrastruktur yaratmaq mümkündür. Bu strategiyanı artıq bir neçə ölkə tətbiq edir. Bu strategiya ölkəmizdə dəd tətbiq olunsa yaxşı olar."
Ekspertin sözlərinə görə, ölkəmizdə bu məsələlərə cavabdeh olan qurumlar məsələyə fərqli yanaşırlar.
"Lakin vahid bir yanaşma olmalıdır. Bütün hədəf insanı qorumaq olmalıdır. Şəhərin ən böyük kapitalı insandır. On metrlik küçəni keçmək üçün insana 800 metrlik əlavə məsafə qət eləməyi təklif edirlər və həmin yolların çoxu da baryerlidir. Sonra da qəza baş verəndə günah piayadaların üzərinə atılır. Əslində isə günahkar bu şəraiti yaradanlardadır. Bir məsələni düşünmək lazımdır ki, şəhərimizdə yaşayanların hamısı fiziki sağlam deyil", - deyə o əlavə edib.
"Əgər biz hədəf qoyuruqsa ki, yollarda insanlarımız ölməsin şəhərin daxilində infrastruktur həll olmalıdır. Birinci növbədə yeraltı və yerüstü keçid praktikasına son qoyulmalıdır. Nizamlanan svetaforların və "zebra"ların sayı artırılmalı, səkilərimizin vəziyyəti təftiş olunmalıdır", - deyə ekspert qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре