Qənirə Paşayevadan yazdı: "Bağışla..." - VİDEO
"Şeirində bir dosta ağlama deyirsən. Sanki bizi o vaxtdan hazırlayırdın bugünkü sənsizliyinə? Ağlama deyirsən... Axı necə ağlamayaq? Bizi sənsiz qoyub getdin, Qənirəm. Arxanda sellər kimi göz yaşı qoyub getdin. Bir yığın suallar qoyub, səssiz-sədasız getdin".
Day.Az olay-a istinadən bildirir ki, bu sözləri əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova məhrum millət vəkili Qənirə Paşayeva ilə bağlı deyib.
"Şeirlərinə, müsahibələrinə indi qulaq asanda, əslində sən yavaş-yavaş hamımızla vidalaşırmışsan, Qənirəm. Biz bunu başa düşəməmişdik, bağışla... "Məlahətli qonaqlar" verilişimdə Haluk Leventlə səmimi söhbətin hələ də gözümün önündədir. Məkanın cənnət olsun, bacım. Getdiyin yerdə hüzurla yat" - deyə M.Abbasova qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре