Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin keçirilməsi münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib

Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı "Kazan Expo" Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.