https://news.day.az/azerinews/1712231.html
Seçkilərə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək - Məzahir Pənahov
Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək. Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib O bildirib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:
Seçkilərə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək - Məzahir Pənahov

Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.
Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib
O bildirib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:
"Amma kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Lakin biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir", - deyə sədr qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре