Prezident İlham Əliyev “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb

"Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Siyahının IV hissəsinin 17-ci bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar" sütunu aşağıdakı redaksiyada verilir:

"17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar".