İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Dünyanın ən əziz və sevilən bayramlarından biri olan nurlu Novruz bayramı münasibətilə səmimi təbriklərimi və Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Novruz bəşəriyyətin zəngin mədəni irsinin ayrılmaz bir hissəsidir və özündə qarşılıqlı hörmət, sülhsevərlik və mehriban qonşuluq ənənələrini ehtiva edir, xalqlar arasında birliyin və dostluğun möhkəmləndirilməsində mühüm rol oynayır.

Bu bayram münasibətilə Sizə, doğmalarınıza və yaxınlarınıza, həmçinin bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və xeyirxahlıq arzulayıram".