Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ekvadorda yenidən prezident seçilməsi münasibətilə Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:
"Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре