https://news.day.az/azerinews/1753407.html
Tramp 1 milyon Qəzza sakinini bu ölkəyə köçürməyi planlaşdırır - DETALLAR
ABŞ prezidenti Donald Trampın administrasiyası 2.2 milyona yaxın insanın yaşadığı Qəzza zolağının əhalisinin yarıya qədərinin Liviyaya köçürülməsi planı üzərində işləyir. Dat.Az xəbər verir ki, bu barədə xarici KİV-lər planla tanış olan mənbələrinə istinadən məlumat yayıb.
Tramp 1 milyon Qəzza sakinini bu ölkəyə köçürməyi planlaşdırır - DETALLAR

ABŞ prezidenti Donald Trampın administrasiyası 2.2 milyona yaxın insanın yaşadığı Qəzza zolağının əhalisinin yarıya qədərinin Liviyaya köçürülməsi planı üzərində işləyir.
Dat.Az xəbər verir ki, bu barədə xarici KİV-lər planla tanış olan mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən qeyd edilir ki, irəli sürülən bu təklifin gerçəkləşdirilməsi istiqamətində konkret irəliləyiş var və məsələ hətta Liviya rəhbərliyi ilə də müzakirə olunub. Planda bir milyona yaxın fələstinlinin Şimali Afrikaya köçürülməsi nəzərdə tutulur.
Bundan əvvəl, Tramp Qəzza bölgəsini öz sərəncamına götürməli və həmin əraziləri "azad zonaya" çevirməli olduğunu bildirmişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре